Allah Quranda iman gətirənlərin başlıca ibadətlərindən birinin təbliğ, yəni Quranda bildirilən həqiqətləri insanlara çatdırmaq və onları iman gətirməyə dəvət etmək olduğunu bildirir. Belə ki, bu ibadət həyatın hər sahəsini əhatə edir. Mömin yaşadığı müddət ərzində sözləri və hərəkətləri ilə Allahın dinini digər insanlar arasında yaymaqla və İslamı təmsil etməklə vəzifələndirilmişdir. Möminlərin öz aralarındakı danışıqları da əslində qarşılıqlı bir təbliğdir. Onlar da bir-birini Quranda bildirilən hökmlərə tabe olmağa, Quranda tərif edilən əxlaqı göstərməyə dəvət edir. Bir sözlə, möminin başlıca işi və əsas metodu təbliğdir. Harun Yəhyanın bu kitabı təbliğin və mübahisənin xırdalıqlarını açıqlamaq üçün yazılıb. Təbliğin hansı məntiq və üsullarla aparılacağı bu kitabda təfsilatı ilə incələnmiş, bununla yanaşı mübahisəni yaradan şeytani xarakter də Quran ayələri ilə təhlil edilmişdir. Məqsəd hər şeydə olduğu kimi danışıq üsullarında da Allahın bəyəndiyi yolu seçmək və Onun məsləhət görmədiyi çirkin yoldan çəkinməkdir
Əgər sizin kompyuterdə .pdf formatında olan sənədləri açan proqram yoxdursa,onda aşağıdakı düyməni sıxın
Bir təşəkkür bəs eyləyər.
|