Islam Dini

Bazar ertəsi, 25.11.2024, 17:33
Salamlayıram sizi Гость

Qeydiyyat
Giriş
Ana sehife » Fayllar » Məqalələr

Bəs bizim axırımız necə olacaq?
31.08.2010, 18:46
 
 
 
Bəs bizim axırımız necə olacaq?

      Sözsüz, hamı bilir ki, bizdən əvvəl də sivilizasiya olmuşdur.Bəs görəsən onların aqibəti necə oldu? Nəyə görə onların əksəriyyətindən əsər-əlamət yoxdu? Çünki bu sivilizasiyanin xalqları azğın bir millət idi.Halbuki, onların hamısına peyğəmbərlər göndərilmişdir.Onlar isə öz peyğəmbərlərinə məhəl qoymadılar.Sonda isə bəlaya mübtəla oldular. Hz.Lut peyğəmbərin qövmü buna bir misaldır.Bu xalqda homoseksualizm baş alıb getmişdir.Allahı tamam yaddan çıxarmışdılar. Hz.Lutun xəbərdarlıqlarına məhəl qoymur,onu düşməncəsinə qəbul edir, hətta onu öz ətrafındakı möminlərlə şəhərdən qovacaqlarını bildirirdilər.Lakin Hz.Lut təbliğindən əl çəkmir, qövmünə yanlış yolda olduğunu anlatmağa çalışırdı.Quranda bu belə deyilir: Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!" Onlar dedilər: "Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!" (Lut) dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm! (Şüara,165-168).Sonra Hz.Lutun yanına Allah tərəfindən elçilər gəlib ona şəhəri gecə ikən tərk etməyi tapşırdılar. Allah Hz.Luta vəhy edib qövmünün kökünü kəsəcəyini bildirdi.Bu və sonrakı aqibət Quranda belə təsvir edilir: (Mələklər) dedilər: "Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?" (Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq (Hud,81-82). Ayədə bildirilən "altını üstünə çevirdik” ifadəsi bu bölgədə şiddətli zəlzələnin baş verməsi, "üzərinə odda bişmiş bərk daşlar yağdırdıq” ifadəsi isə vulkan püskürməsinin və bunu nəticəsində odda bişmiş bərk daşların onların üstlərinə düşdüyü anlamına gələ bilər.Əlbəttə, ən doğrusunu Allah bilir.
      Buna oxşar hadisə tarix kitablarından da oxuduğumuz və tanıdığımız Pompey şəhərinin də başına gəlmişdir.Burada da homoseksualizm baş alıb getmişdir.Sonda isə Allahın qəzəbinə tuş gəlmiş bu şəhər neçə illərdi yatmış olan Vezuvinin püskürməsi və lavaların buranı ağuşuna alması ilə başa çatmışdır.
      Başqa bir misal Səba xalqı ilə bağlıdır. Quranda belə buyurulur: Səba (tayfasının) yurdunda (qüdrətimizə dəlalət edən) bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu: ) "Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!"Lakin onlar (itaətimizdən) üz döndərdilər, Biz də üstlərinə Ərim (bəndinin) selini göndərdik. (Bunun nəticəsində yurdlarını su basdı). Onların iki (gözəl) bağçasını (tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik? (Səba,15-17).Ayələrdən göründüyü kimi Səba xalqı bərəkətli olan bağ-bağatlı yerlərdə yüksək həyat tərzi keçirirmiş. Bu qədər nemətn əvəzində Allah onlardan yalnız Ona şükür etmələrini istəyirdi.Lakin onlarAllahı inkar etdilər,dünyada üstün bir qüvvəyə malik olduqlarını zənn edib əllərində olanlarla lovğalandılar,təkəbbürlük göstərdilər.Nəticəsi isə əzab oldu.Belə nümunələri Qurandan sitat gətirməklə artırmaq olar.
      İndiki müasir sivilizasiyamızda da dəhşətli fəlakətlər baş verməkdədir.Dəhşətli tufanlar,qasırğalar,zəlzələlər, ətrafı su basmalar və s.Heç düşünmüsünüzmü nəyə görə bunlar baş verir?Hamısı bizim günahlarımızın bədəlidir.Allah bizə Quran nazil etdirib, orada bizə nicat tapmağın yolunu göstərib.Allah orada açıq-aşkar Onun tək güc sahibi olduğunu və Ona şərik qoşmamağı, Ona şükür etməyi bildirir.Amma biz Allaha verdiyi nemətlərə görə şükr etməkdənsə, Ona qarşı naşükür oluruq.Ruzi verdikdə təşəkkürümüzü bildiririk, bizi sınağa çəkmək məqsədilə ruzimizi aldıqda isə, onu təqsirləndiririk, bizi sevmədiyini bildiririk.Ona şərik qoşuruq, Ona asi oluruq.Məsələn,müəyyən arzularımızın həyata keçməsi üçün Allaha dua edirik.Allah bizim dualarımızı qəbul edir, lakin bu dunya üçün rəva bilmədikdə onu bizə ya axirət həyatında verir, ya da başımıza gələn bəladan bizi uzaqlaşdırır, qoruyur.Bu hədislə də sabitdir.Dualarımızın qəbul olmadığını görəndə isə, pirlərə gedirik.Onlardan kömək umuruq.Yaxud da üzərrik yandırırıq, üzərimizdən gözmuncuğu asırıq ki, bizi bədnəzərdən qorusun.Bunlar bizi qoruyacaq?! Allah istəməsə heç kəsə zərər toxunmaz. Bu sadaladıqlarım şirk deyilmi?Əlbəttə bunlar Allaha şərik qoşmaqdır. Sonrakı bəlalardan biri də fahişəlikdir. Bunlar artıq pik səviyyəyə çatıblar. Homoseksualizm də onlardan geri qalmır.Belə getsə,əlbəttə ki, bizim də başımıza bele müsibətlər gələck.Allah bizə tufanlarla, qasırğalarla, leysanlarla bizə xəbərdarlıq edir. Lakin biz bunların hamısını "təbiətin şıltaqlığı” adlandırırıq.Amma biz Allahın bizə xəbərdarlıq etdiyinə sevinməli və bundan ibrət götürməliyik.Çünki Allah bizə xəbərdarlıq etmədən birdəfəlik bizi yer üzündən silə bilər, bizim də üstümüzə odlu daşlar yağdıra bilər.Quranda Allah deyir: (Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq.Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı). (Ya Rəsulum!) O (daşlar sənin ümmətin içərisində olan) zalımlardan də uzaq deyildir! (Əgər şirkdən və küfrdən tövbə edib əl çəkməsələr, onların da başına yağar). Gəlin buna görə Allaha şükür edək, Allahın buyurduqlarına əməl edək, Ona şərik qoşmayaq. Axı Allah hər şeyə qadir olandır. Axir dönüşümüz də onadır.
Gəncimov Kamran 

 
Kateqoriya: Məqalələr | Elave edib: Mumin
Baxılıb: 1458 | Yüklenilib: 0 | Şerhler: 1 | Reytinq: 0.0/0
Ümumi şerhler: 0
Şerh elave etmek hüququna Qeydiyyatdan keçmiş istifadeçiler malikdirler .
[ Qeydiyyat | Giriş ]

  Menyu

  Giriş paneli

  Bölmələr

Qurani-Kərim [5]
Namaz [1]
Peyğəmbərlər [5]
Əhli-beyt [3]
Səhabələr [2]
Audio [10]
Kitablar [14]
Hədislər [3]
Məqalələr [8]
Şeirlər [4]
Hekayələr [0]
Hikmətli kəlamlar [1]

  Axtar

  Namaz vaxtı

  Namaz

Namazın muxtəsər təlimi

  Bir AYƏ

"Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.” (İsra,23)

  Bir HƏDİS

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: “(Hamını) yıxmaq güclü olmaq demək deyil. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü saxlaya bilsin”
[əl-Buxari]

  Dost saytlar

  • Pulsuz sayt yarat
  • Dini fətvalar
  • Feqih.com
  • Quraba.com
  • Azerislam.com
  •   Sayğac

    Pagerank

    Cemi online: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0