Islam Dini

Bazar günü, 05.05.2024, 11:55
Salamlayıram sizi Гость

Qeydiyyat
Giriş
Ana sehife » Fayllar » Namaz

Cümə namazı və fərzləri
22.09.2010, 22:57
 
Cümə namazı
 
Ey iman edənlər! Cümə günü namaza çağırıldığınız zaman, Allahı zikr etməyə tələsin və əllərinizdəki alış-verişi tərk edin. Bilin ki, bu sizin üçün daha xeyirlidir.
(Cümə surəsi, 9-10)
 
 Günlərin ən xeyirlisi olan cümə bütün müsəlmanlar üçün müqəddəs bir gündür. Hz. Məhəmməd (sav) bu günün dəyərini bir hədisdə belə izah edir: "Dəstəmaz alıb cüməyə gələn və susaraq imamı dinləyən şəxsin 3 gün də əlavə olmaqla bu cümədən növbəti cüməyə qədər olan günahları bağışlanır.
 
Cümə namazı cümə günləri zöhr namazının vaxtında, camaatla 2 rükət olaraq qılınan və zöhr namazının yerinə keçən bir fərz namazıdır. Ağlı başında olan, həddibüluğa çatmış, bədəni sağlam olan və səfərdə ol­mayan hər müsəlman kişiyə bu namaz fərzdir. Cümə namazı qadınlara, səfərə çıxanlara, korlara, xəstələrə fərz deyil. Bu insanlar cümə günü zöhr namazı qılmaqla kifayətlənirlər. Cümə namazına imkan daxilində tez, imam minbərə çıxmadan getmək, azan oxunarkən məsciddə olmaq daha yaxşıdır. Məscidə girərkən ayaqqabıları çıxardıb, öncə sağ ayağı içəri ataraq daxil olmaq lazımdır. Girişdə aşağıdakı duanı oxumaq, günahların bağışlanması və rəhmət qapılarının açılması üçün yaxşı fürsətdir:
 
"Allahumməğfirli zunubi. Allahumməftəh aleynə əbvabə rəhmətik”
 
Azan oxunubsa və ya oxunmaqdadırsa azandan sonra 4 rükət cümə namazının ilk sünnəti qılınır. (Eynilə, zöhr namazının sünnəti kimi). Bundan sonra xətib (imam) minbərə çıxıb oturur. Müəzzin isə ikinci dəfə azan ox­uyur. Bu, iç azan adlanır (yalnız cümə günü). Daha sonra imam ayağa qalxaraq xütbə oxuyur.
 
Qeyd: İmam xütbə oxuyarkən namaz qılmaq məkruhdur. Xütbə əsnasında səs salmaq, yanında oturanla danışmaq bəyənilmir. Xütbə əsnasında danışan insana yanındakı şəxslərdən biri "sus” və ya "danışma” deyərsə, cümənin fəzilətindən məhrum olmuş olur. Xütbə bitdikdən sonra müəzzin "İqamə” oxuyur. Daha sonra isə imama tabe olaraq cümə namazının fərzi qılınır.
 
Cümə namazının fərzi
 
 "Niyyət etdim Allah rizası üçün Cümə namazının fərzini qılmağa, ima­ma tabe oldum.”
 
Sonra imamla birlikdə başlanğıc təkbiri (Allahu Əkbər) deyib əllər bağlanır. Hər kəs ürəyində "Sübhanəkə” oxuyub, "Əuzu-Bismillah” deyir, sonra sakit halda imamı dinləməyə başlayır. İmam "Fatihəni” oxuyub qurtardıqdan sonra hərə özü eşidəcək tərzdə "amin” deyir.
 
Daha sonra imam Allahu Əkbər deyərək rüku edir. Arxa səflərdə ima­ma tabe olanlar da asta səslə Allahu Əkbər deyərək rüku edirlər. Rükuda 3 dəfə "Subhanə Rabbiyəl Azim” deyilir. Sonra imam "Səmiallahu limən həmidəh” deyib rükudan qalxır. Arxa səfdə duranlar da "Rabbənə va ləkəl həmd” deyərək rükudan qalxırlar. Ardınca imam və camaat Allahu Əkbər deyərək səcdə edirlər. Namazlar bəhsində izah edildiyi şəkildə səcdələr yerinə yetirildikdən sonra imam, ardınca isə camaat təkbir gətirir (Allahu Əkbər) 2-ci rükətə qalxırlar. 2-ci rükət də eyni qayda ilə qılınır. Ancaq səcdələrdən sonra hamı oturur. "Əttəhiyyatu” və digər dualar oxunaraq salam verilir. Bu şəkildə cümə namazının fərzi tamamlanmış olur.
 
Sonra ayağa qalxaraq cümə namazının 4 rükət son sünnəti qılınır. Son sünnət eynilə cümənin ilk sünnəti kimi qılınır.
 
Qeydlər:
 
 • Cümə namazına gedərkən soğan və sarmısaq kimi pis qoxulu şeylər yemək olmaz.
• Paltarlar, xüsusən də corablar təmiz olmalıdır. Yaş corabla və yaş ayaqla məscidə girmək olmaz.
 • Uşaqları məscidə aparanlar, məscid ədəb və əxlaq normalarını on­lara başa salmalıdırlar.
• Məscidə girərkən boş cərgələrin birində yer tutmaq lazımdır. İnsanların başları üzərindən adlayaraq onları narahat etmək və ön cərgələrə doğru getmək günahdır
 
Mənbə:Suallarlaislam.com
 
 
Kateqoriya: Namaz | Elave edib: Mumin
Baxılıb: 6660 | Yüklenilib: 0 | Şerhler: 6 | Reytinq: 0.0/0
Ümumi şerhler: 2
0  
2 Kamran   (14.08.2011 18:07) [Material]
Vealeykuma salam.Camaat mescidlerde olur her cume gunu.Eger uzrlu sebeblere gore cumelerde iwtirak ede bilmirsinizse,Allah rehimlidir,helimdi,InweAllah bagiwlayar.

0  
1 Cavanshir   (07.08.2011 16:27) [Material]
Salam. Cume namazi qila bilmiremse yeni imkan ve vaxt yoxdursa hemcinin camaat yoxdur men tekem ne etmeliyem?

Şerh elave etmek hüququna Qeydiyyatdan keçmiş istifadeçiler malikdirler .
[ Qeydiyyat | Giriş ]

  Menyu

  Giriş paneli

Login:
Şifrə:

  Bölmələr

Qurani-Kərim [5]
Namaz [1]
Peyğəmbərlər [5]
Əhli-beyt [3]
Səhabələr [2]
Audio [10]
Kitablar [14]
Hədislər [3]
Məqalələr [8]
Şeirlər [4]
Hekayələr [0]
Hikmətli kəlamlar [1]

  Axtar

  Namaz vaxtı

  Namaz

Namazın muxtəsər təlimi

  Bir AYƏ

"Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.” (İsra,23)

  Bir HƏDİS

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: “(Hamını) yıxmaq güclü olmaq demək deyil. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü saxlaya bilsin”
[əl-Buxari]

  Dost saytlar

  • Pulsuz sayt yarat
  • Dini fətvalar
  • Feqih.com
  • Quraba.com
  • Azerislam.com
  •   Sayğac

    Pagerank

    Cemi online: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0