Islam Dini

Bazar günü, 05.05.2024, 03:20
Salamlayıram sizi Гость

Qeydiyyat
Giriş
Ana sehife » Fayllar » Məqalələr

Əbu Hənifə haqqında
21.09.2010, 10:04
 
İmamı Əzam Əbu Hənifə haqqında qısa məlumat

Həyatı və Şəxsiyyəti
      İslam hüquq düşüncəsi və ictihadının inkişafı yolunda mühüm rol oynayan Əbu Hənifə Numan b.Sabit h. 80/m.699-cu il Kufədə doğulmuşdur. Atasının əslən haralı olduğu haqqında müxtəlif məlumatlar mövcuddur. Bununla belə, atasının Kabil bölgəsində yaşayan Farisoğullarından olduğu xəbəri daha çoxdur.
      Elm təhsilinə başlamamışdan əvvəl parça ticarətiylə məşqul olmuşdur. Parlaq bir zəkaya sahib Əbu Hənifəyə alimlər yaxşı münasibət göstərərək onu elm öyrənməyə həvəsləndirirlər. Bu barədə xatirəsini Əbu Hənifə belə qeyd etməkdədir:
      "Əbu Amr əş-Şə`bi məni yanına çağırıb: 
Sən zəki, qabiliyyətli və hərəkətli bir gəncsən. Elmə və alimlərin məclislərinə get,- dedi. Bu sözlər mənə xoş təsürat bəxş etdi. Bununla da, elm təhsilinə başladım”.
      Elm həyatına başladıqdan sonra, ticarət işini şəriki vasitəsiylə davam etdirdi. Maddi problemləri olmayan Əbu Hənifə möhtaclara və elm tələbələrinə daima kömək etmiş, amma ozü zahidanə bir ömür yaşamışdır.
      Tabaqat və mənqibə müəlliflərinin əksəriyyəti onu təbəut-tabiindən hesab edir. Fəqət, Əbu Hənifənin Ənəs b. Malik, Abdullah b. Əbu Övfa, Səhl b. Sad və Əbu Tufəyl kimi əshabələrlə də (r.a.) görüşdüyünü yazanlar olsa da, onun tələbələrindən bu haqda heç bir məlumat verilməməkdədir. Lakin adını qeyd etdiyimiz əshabələrdən (r.a.) sadəcə Ənəs b. Maliklə Kufədə az yaşlı olarkən görüşdüyü məntiqə uyğundur. (D.İ.Ensiklopediyası, C. X, s.132)
      Ömrünün əlli iki ilini Əməvilər, on səkkiz ilini isə Abbasilər zamanında yaşayan Əbu Hənifə çox sayıda siyasi hadisələrin şahidi və iştirakçısı olmuşdur.
      Əməvilərin Əhli beytə qarşı ədalətsiz davranışlarını digər alimlər kimi, o da açıq bir şəkildə tənqid edirdi. Məşhur alimlərin haklı olaraq etdikləri bu cür sərt etirazları Əməvilərin səltənətini zəyiflədirdi. Bunun qarşısını almaq üçün, II Mərvan könülləri ələ almaq məksədi ilə bəzi alimlərə məmurluq teklif etdi. Əbu Hənifəyə də Kufə qazılığı təklifi edildi. Hər cür təhdidə baxmayaraq bu təklifi qəbul etməyincə də həbs edilərək döyüldü.
      Abbasilərin də doğru olmayan siyasətini tənqid edən Əbu Hənifə, onlar tərəfindən də həbs və işgəncəyə məruz qalmışdır.
      Mənbələr onun comərd, qənaətkar, zahid, güclü iradə və mübariz bir insan olaraq tanıdır. Həyatını İslam fiqhi və haqsızlığa qarşı amansız olma yolunda həsr edən böyük alim, ağır işkəncələr səbəbiylə h.150/m.767-ci ildə Bağdadda vəfat etmişdir.

      Fiqh elmindəki yeri
      Öncə Əqaid və Cədəl elmini öyrənməyə başlayan və bu elmlərdə mükəmməl bilgi əldə edən Əbu Hənifə, dövründəki inkarçı və bidətçilərlə münaqişə edərək Kitab və Sünnə Mühafizi olmuşdur.
      Əbu Hənifənin Əqaid və Cədəl elmlərindən Fiqhə yönəlməsi haqqında fərqli rəvayətlər vardır: Rəvayətlərin birində, Əbu Hənifənin bir qadının boşanma ilə əlaqəli sualına cavab verə bilməməsi, özünün fiqh sahəsində təhsil alma ehtiyacını görməsindən sonra ortaya çıxmış olduğu söylənilir.
Dövrünün seçkin alimlərinin əksəriyyəti ilə görüşmə və onlardan elm təhsil edə bilmə imkanı olmuş Əbu Hənifənin fiqh sahəsində əsl müəllimi Kufə rəy ekolunun ustadı qəbul edilən Hammad b. Əbu Süleymandır. On səkkiz il onun dərs halqasına müdavimlik edərək ən seçkin tələbələrindən olan Əbu Hənifə, müəllimi olmadığı zamanlarda ona vəkalətən dərs vermişdir. Ustadının vəfatından sonra, dost və tələbələrin israrı ilə müəlliminin yerinə keçərək dərs verməyə başlamışdır. Yetişdirdiyi tələbələrinin sayı bir neçə mini aşdığı və onların içindən qırxının ictihad edə bilmə səviyyəsinə çatdığı da qeyd olunur.
      Əbu Hənifənin elmi müzakirələrdən əlavə bir başa ticarət həyatının içində olması, müaməlata dair sayısız tutarlı ictihad etməsini təmin etmişdir. Əfsuslar olsun ki, bunları yazmadığı kimi, ictihad metodunu da açıqlayan bir əsər də qələmə almamışdır.
      Onun yaşadığı bölgə təlatümlü bir yer olduğuna görə, qarmaqarışıq hadisələr tez-tez meydana gəlirdi. Bütün bunlara isə, Kitab və Sünnəyə uyğun çözüm tapmaq dərin fiqh bilgisi tələb edirdi. Əbu Hənifə həm baş verən məsələləri, həm də baş verə biləcək nəzəri məsələləri dərslərində tələbələri ilə bir çox yöndən ələ alaraq müzakirə edirdi.
      Əbu Hənifə Qiyas metodunu sıx şəkildə işlədirdi.Yuxarıda qetd etdiyimiz kimi, ictihad metodunu bəyan edən bir əsər təlif etməsədə, aşağıda verəceyimiz sözü, onun fiqh metodunu gözəl bir şəkildə açıqlamaqdadır:
      "Biz əvvəlcə Allah Təalanın Kitabında olanı alırıq. Onda tapmasaq, Peyğəmbərin (s.ə.s) sünnəsinə baxarıq. Onda da tapmasaq, əshabələrin (r.a.) ittifaq etdiyini götürər, ixtilaf etdiklərindən isə dilədiyimizi seçərik. Başqalarının görüşlərini onlardan üstün tutmarıq. Tabiinə gəlincə, onlar kimi bizdə ictihad edərik. Məsələlər arasında müştərək illət (səbəb) olarsa, bir hökmü digərinə qiyas edərik”. (D.İ.Ensiklopediyası, C. X, s.135)
      Həmçinin, Fiqhin tərifində söylədiyi "Fiqh insanın leh və əleyhində olan şeyləri bilməsidir” sözü, İslam müəmalatını yüksək səviyyədə bilməsinin vəciz, lakin şümullu xəbərçisidir.
      İmam Əzəm, Əbu Hənifə üçün söylənilən hədislərin azlığı iddiasını işlətdiyi hədislərin sayca azlığı kimi yox, əksinə hədis rəvayət etmə azlığı kimi anlaşılmalıdır. Buna baxmayaraq, onun rəvayət etdiyi hədislərin sayısı az deyildir. Özünün şəxsi müsnədi ilə tələbələri olan Əbu Yusif və İmam Məhəmmədin əsərləri və digər hədis məcmualarında ondan gələn hədis rəvayətləri mövcuddur.
      Hənəfi məzhəbinin imamı, böyük müctəhid İmam Əzəm Əbu Hənifənin həyatını, məzhəbinin təşəkkülünü və ictihadlarını ehtiva edən bir cox əsər mövcuddur. Xüsusiylə, iki məşhur tələbəsi olan Əbu Yusif və İmam Məhəmmədin yazdığı əsərlər sayəsində onun ictihadları sonrakı nəsillərə çatmışdır.
      İmam Məhəmmədin kitabları Hənəfi məzhəbinin əsas qaynağı sayılır. Lakin, onun kitablarının hamısı səhihlik dərəcəsinə görə eyni deyildir. Alimlər bu kitabları iki qismə ayrırlar.

      1. Zahirur-Rivayə
      Bu qismə "Məbsut”, "Ziyadat”, "Camüs-Sağir”, "Camül-Kəbir”, "Siyərüs-Sağir” və "Siyərül-Kəbir” kitabları daxildir. Adı keçən kitabların raviləri əmin şəxslər olduğuna görə, Zahirur-Rivayə adı verilmişdir.
      Bundan əlavə, "Kitabul-Asar” və "Rədd Ə`la əhli Mədinə” kitablarını da, bu qisimdən sayanlar vardır.

      2. Nəvadir
      Bu qismə isə İmam Məhəmmədin yerdə qalan, digər kitabları daxildir. Buraya "Keysaniyyat”, "Haruniyyat”, "Curcaniyyat”, "Ruqiyyat” və "Ziyadətüz-Ziyadat” kitabları daxildir. Sadalanan kitabları İmam Məhəmməddən o qədər də əmin şəxslər rəvayət etmədiyinə görə, onlara Nəvadir adı verilmişdir.

 


Kateqoriya: Məqalələr | Elave edib: Mumin
Baxılıb: 3463 | Yüklenilib: 0 | Şerhler: 3 | Reytinq: 0.0/0
Ümumi şerhler: 1
0  
1 gunka   (01.01.2011 13:07) [Material]
salamu alekum.allah razi olsun.

Şerh elave etmek hüququna Qeydiyyatdan keçmiş istifadeçiler malikdirler .
[ Qeydiyyat | Giriş ]

  Menyu

  Giriş paneli

Login:
Şifrə:

  Bölmələr

Qurani-Kərim [5]
Namaz [1]
Peyğəmbərlər [5]
Əhli-beyt [3]
Səhabələr [2]
Audio [10]
Kitablar [14]
Hədislər [3]
Məqalələr [8]
Şeirlər [4]
Hekayələr [0]
Hikmətli kəlamlar [1]

  Axtar

  Namaz vaxtı

  Namaz

Namazın muxtəsər təlimi

  Bir AYƏ

"Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.” (İsra,23)

  Bir HƏDİS

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: “(Hamını) yıxmaq güclü olmaq demək deyil. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü saxlaya bilsin”
[əl-Buxari]

  Dost saytlar

  • Pulsuz sayt yarat
  • Dini fətvalar
  • Feqih.com
  • Quraba.com
  • Azerislam.com
  •   Sayğac

    Pagerank

    Cemi online: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0