Böyük hədis alimlərindən olan Əl-Buxaridən 50 hədis.
I Hissə
Mərhəmətli, Rəhmli Allahın adı ilə! «Biz insana ata-anası ile gözel davranmağı buyurduq.» (el-Enkebut, 8.)
1 – Ebu Amr eş-Şeybani eli ile Abdullah ibn Mesudun (r.a) evini gösterib dedi: «Bu evin sahibi bize bele revayet etdi: Men Peyğembere (s.a.s) dedim: "Qüdretli ve ezemetli Allahın en çox xoşuna gelen (en yaxşı emel) hansı emeldir?” O buyurdu: "Vaxtında qılınan namaz”. Men dedim: "Sonra hansıdır?” O buyurdu: "Sonra valideynlerin qayğısına qalmaqdır”. Men dedim: "Bes sonra hansıdır?” O buyurdu: "Sonra Allah yolunda cihad etmekdir”. (Hedisi revayet eden) deyir ki, o mene bunları söyledi. eger soruşsaydım, yene elave ederdi». [ Sehihdir]
2 – Abdullah ibn Ömer (r.a) demişdir: «Rebbin razılığı valideynin razılığına göre, qezebi de valideynin qezebine göredir!» [ Hesendir ]
3 – Behz ibn Hekim atasından, o da babasından (r.a) revayet edir ki, men Peyğemberden (s.a.s) soruşdum: "Ey Allahın elçisi! En çox kime qayğı gösterilmelidir?” Dedi: "Anana!” (Yene) soruşdum: "En çox kime qayğı gösterilmelidir?” Dedi: "Anana!” (Yene) soruşdum: "En çox kime qayğı gösterilmelidir?” Dedi: "Anana!” (Yene) soruşdum: "En çox kime qayğı gösterilmelidir?” Dedi: "Atana! Sonra da en yaxın ve en yaxın olanlara”. [Hesendir]
4 – İbn Abbas (r.a) revayet edir ki, bir kişi onun yanına gelib dedi: "Men bir qadına elçi gönderdim, o ise mene ere gelmekden imtina etdi. Lakin başqa birisi ona elçi gönderdi, ona ere getmeye razılıq verdi. Men de qısqanclıq üzünden qadını öldürdüm. Hergah tövbe etsem, qebul olarmı?” İbn Abbas (r.a) soruşdu: "Anan sağdırmı?” O: "Xeyr!”- deye cavab verdi. İbn Abbas (r.a) dedi: "Qüdretli ve ezemetli Allaha tövbe et ve bacardığın qeder Ona yaxınlaş!” (Eta ibn Yesar deyir ki,) men gedib ibn Abbasdan soruşdum: "Ne üçün ondan anasının sağ olub-olmadığını soruşdun?” O dedi: "Çünki men qüdretli ve ezemetli Allahın yanında ana qayğısını çekmekden daha yaxın bir emel bilmirem”. [Sehihdir]
5- Ebu Hureyra (r.a) revayet edir ki, bir nefer Peyğemberden (s.a.s) soruşdu: "Ey Allahın elçisi! Men kime qayğı göstermeliyem?” O dedi: "Anana!” Yene soruşdular: "Sonra kime?” O dedi: "Anana!” Bir de soruşdular: "Sonra kime?” O dedi: "Anana!” (Dördüncü defe): "Sonra kime?”- dedikde, o: "Atana!”- dedi. [ Sehihdir ]..........
"Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.” (İsra,23)
Bir HƏDİS
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: “(Hamını) yıxmaq güclü olmaq demək deyil. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü saxlaya bilsin” [əl-Buxari]