Səhabə və övliyalardan hikmətli kəlamlar
Hz. Əbu Bəkr (r.a.) Deyir ki: -Özünə qəbir deyil, özünü qəbirə hazırla. -Mal xəsislərdə, silah qorxaqlarda, qərar da zəiflərdə olsa işlər pozular. -Ölümdən qorxma ki, həyat tapasan.
Hz. Ömər (r.a.) Deyir ki: -İnsanların ən cahili, axirətini başqasının dünyası üçün satandır. -Çox gülənin heybəti və həyasıazalar. -Çox danışanın səhvi də çox olar. Səhvi çox olanın həyası azalar. Həyası az olanın utanması az olar. Utanması az olanın da ürəyi ölər.
Hz. Osman (r.a.) Deyir ki: -Çox söyləyən deyil, çox iş edən komandirə möhtacsınız. -Allah üçün ticarət edin və qazanın. -İnsanların ən xeyirlisi günahsız olan və Allahın kitabı ilə əməl edəndir.
Hz. İmam Əli (r.a.) Deyir ki: -Cahillərin ürəyi dodaqlarında, alimlərin ağızı ürəklərindədir. -Şəxsinizə pislik edən bir düşməni bağışlayın, lakin vətəninizə, millətinizə və dininizə pislik edənləri bağışlamayın. -Çalışanlar pislik düşünməyə vaxt tapa bilməzlər; tənbəllər isə özlərini pislikdən qurtara bilməzlər. -Ölümü unutmaq, ürəyin paslanmasındandır. İnsanlarla elə yaxşı dolanın ki; düşmənləriniz belə ölümünüzə ağlasın. -Cahil, bilmədiyini soruşmaqdan utanmasın. Alim, içindən çıxa bilməyəcəyi bir məsələdə ‘Ən yaxşısını Allahu Təala bilər' deməkdən çəkinməsin.
Başqalarından:
-Kasıba verilən, daha onun əlinə keçmədən Allaha çatar. (İmam Zeynəl Abidin b. Əli)
-Ey qardaşım; sən, fikirdən və düşüncədən ibarətsən. Sənin insanlığın bunlardandır. Geri qalan sinir və sümükdür ki, onlar, heyvanlarda da vardır. (Mövlana Cəlaləddin Rumi)
-HƏYATIN ƏVƏZİ uzun yaşanmasında deyil, yaxşı yaşanmasındadır. Elə uzun yaşamışlar var ki, çox az yaşamışlar.
-Bir qapının bağlı olduğunu anlamaq üçün o qapını itələmək lazımdır. (Əhməd bin Hənbəl)
-İki şeyi əsla unutma: Allahı və ölümü. İki şeyi də unut: Etdiyin yaxşılığı, gördüyün pisliyi. (Loğman Həkim)
-Ölümün bizi harada gözlədiyi müəyyən deyil, yaxşısı, biz onu hər yerdə gözləyək. (Əhməd bin Hənbəl)
-Bütün siyasətçiləri, əsgərləri, böyük sandığımız insanları, yaxından tanıdığımızda kiçikdirlər. Bunun bir tək istisnası vardır, o da müsəlmanların Peyğəmbəri Hz. Məhəmməddir. (Goethe)
-Doğru yolda gedən bir topal, yolunu çaşan bir qaçışçıdan daha əvvəl çatar. (Bacon)
-İnsan ölümü düşündükcə, həyatdan daha az dad duyar, amma daha sakit yaşar. (Tolstoy)
|