Bir belə əzabçun,bir belə qəmçün,
Mən sənə borcluyam,borcluyam,Allah.
Qoy dua eyləyim taleyi kəmçün,
Yanında günahkar,suçluyam,Allah.
Sən mənim könlümə parlaq nur verdin,
Könlün qəlb siminə "Segah","Şur" verdin.
Şeriyyət çayını daha gur verdin,
İndi mən hamıdan güclüyəm,Allah.
Bu əzab,bu kədər yol yoldaşımdır,
Çəkdiyim iztirab qan qardaşımdır.
Ağrılar,acılar can sirdaşımdır,
Əzəldən ayrılıq köçlüyəm,Allah.
Mən dəli sevdasız heçliyəm,Allah.
|