Muhəmməd
Bu kainatın nuru, Böyük fəxri, qüruru, İnsanların şüuru, Kamalısan, Muhəmməd!
Yolun ədalət yolu, Ululardan da ulu, Allahın sadiq qulu, Rəsulusan, Muhəmməd!
Peyğəmbərlərin tacı, Hər kəsin ehtiyacı, Xəstələrin əlacı, Dərmanısan, Muhəmməd!
Saniyənin bir anı Gəzib ərşi-çahanı Qabaqladın zamanı, Zamansızsan, Muhəmməd!
İncilərdən incisən, Hər şeydən birincisən, Adəmdən də öncəsən, İdealsan, Muhəmməd!
Əxlaqına söz olmaz, Hansı sözün düz olmaz, Üzün kimi üz olmaz, Nur camalsan, Muhəmməd!
Mədinənin gülüsən, Şux şeyda bülbülüsən, Kim deyir ki,ölüsən? Salamatsan, Muhəmməd!
Allah oldu köməyin, Kama çatdı diləyin, Min döyünən ürəyin İlhamısan, Muhəmməd!
Dini İslamı yaydın, Quranı aydınlatdın, Cahilləri oyatdın, Danılmazsan, Muhəmməd!
İmamların atası, Sünnət onun ətası, Heç oldumu xətası? Qüsursuzsan, Muhəmməd!
Habil Nəbiyev
|