Islam Dini

Bazar ertəsi, 25.11.2024, 17:30
Salamlayıram sizi Гость

Qeydiyyat
Giriş
Ana sehife » Fayllar » Məqalələr

Tesbeh çekmek, yoxsa barmaqla saymaq?
08.02.2010, 19:05
 
Təsbeh çəkmək, yoxsa barmaqla saymaq?
 
Ekseriyyetimizin bütün gün erzinde, bezilerimizin ise yalnız namaz sonunda elimizde çevirdiyimiz iplere düzülü muncuqlara, tesbeh deyilir. eslinde tesbehin adı "Subha”dır. Yeni "zikr edilen muncuqlar” demekdir. Hezreti Peyğemberin dövründe tesbeh olmayıb. Resulullah (s.e.v.) de bu cür iplere düzülen muncuq kimi vasitelerden istifade etmeyib. Hetta hemin vaxtlar bele bir tesbeh de hazırlanmayıb. Biz bunu sehih kitablarda qeyd edilenlerden de açıq şekilde öyrenirik. Bele olduğu halda, tesbeh nece ortaya çıxıb?
Allah Quran ayelerinde bize seher ve axşam Onu xatırlamağamızı emr edir. Peyğemberimizin hedislerinde ise namazdan evvel otuz üç defe "sübhenallah”, "elhemdu lilleh” ve "Allahu ekber” demeyimiz tövsiye olunur. Demeli, burada möminler üçün zikr etmek meselesi vardır. Onlar otuz üç defe Rebblerini Allah Resulunun bildirdiyi kimi xatırlayacaqlar. Bes bu say nece melum olub, müeyyenleşecekdi? Biz bunun cavabını hedis kitablarında tapırıq.
Ekser hedis kitablarının qeydlerine esasen Resulullah (s.e.v.) hemin zikrleri barmaq oynaqları ile yerine yetirirdi. Yeni tesbeh üçün sağ elinin barmaqlarından istifade edirdi. Bele ki, tesbehlerin sayılmasında mühacir bir qadına diqqet yetiren Peyğemberimiz bele buyurub: "Tesbehi barmaqlarının oynaqları ile et. Çünki barmaqlar axiretde ne etmelerinden sorğu-suala çekilecek, onlar da etdiklerini deyecekler”.
Demeli Peyğemberimiz (s.e.v.) de tesbeh çekdiyi zaman barmaqlarından istifade edib ki, bunu da meslehet bilib. Lakin etibarlı menbelerden aydın olur ki, bir çox sehabeler zeytun toxumu, kiçik daşları ciblerine, kiselerine dolduraraq tesbeh kimi istifade edib, Resulullah ise onları bundan çekindirmeyib. Bele ki, en çox hedis revayet eden sehabenin bir ipe düyün vuraraq tesbeh kimi işletdiyi, hemçinin Resulullahın (s.e.v.) da Hz.Safiyye anamızın zenbile xırda daşlar qoyaraq tesbeh kimi istifade etmesine mane olmadığı bildirilir. Demeli, müselmanlar ilk olaraq tesbeh kimi barmaqlarından, xırda daşlardan ve ya ipe vurulan düyünlerden istifade edibler. Bu veziyyet hicri tarixi ile II esre qeder gedib çıxıb. II esrin evvellerinde ise dövrümüzdeki tesbehlerin inkişaf ederek istifade edildiyinin şahidi oluruq.
O dövrün ereb şairi ebu Nuvas uzun tesbehlerden behs eden ve hebsxanada yazdığı şeirinde "Tesbeh qolumda, Quran boynumda”, - deyerek tesbehlerden istifade olunduğunu bildirir.
Bele ki, hicri III esrin meşhur alimi Cüneyd Bağdadiye tesbehden istifade etmesinin sebebi haqqında "Bu qeder fezilet ve üstünlüklere baxmayaraq, sen yene de tesbehden istifade edirsen, bes bunun sebebi nedir?”, - sualı verdikleri zaman o bele cavab verib: "Bu tesbeh meni yalnız Rebbime doğru aparan zikrimin sebeblerinden biridir”. Hemçinin dövrün yüksek alimlerinden olan ebu Müslim Havlaninin de tesbehden istifade etdiyi, diger alimlerin de buna bir söz demedikleri bildirilir. V esrden etibaren müselmanlar arasında yayılmağa başlayan tesbeh adetinde iki neticeni qeyd etmeliyik:
1. Resulullah (s.e.v.) zikr ve xatırlamalarını barmaqları ile sayıb, bunu da tövsiye edib. Lakin bununla bağlı başqalarına da bir söz demeyib, onlara mane olmayıb.
2. Hz.Peyğember barmaqların etdiklerinden sorğu-suala çekileceklerini bildirib. Belelikle, zikr eden barmaqlar meqsedlerine uyğun hereket etdirilir. elde olan tesbeh öz-özüne hereket ede bilmeyeceyine göre, demeli bunu da barmaqlar yerine yetirmelidir. Tesbeh çeken barmaqlar da öz vezifesini yerine yetirir.
Netice olaraq deye bilerik ki, bu gün istifade edilen tesbehi Allah Resulu qadağan etmeyib. İsteyen namaz qılan şexs barmağı ile sayaraq ibadetini yerine yetirer, isteyen de tesbehle Allahı zikr eder.
Kateqoriya: Məqalələr | Elave edib: Mumin
Baxılıb: 30536 | Yüklenilib: 0 | Şerhler: 4 | Reytinq: 4.4/8
Ümumi şerhler: 3
0  
3 HACI RAFIQ IMANOV   (21.01.2013 00:10) [Material]
Salam olsun Sizlərə !
Təsbeh əsasən zikr etmək məqsədiylə istifadə edilə bilər.
Təsbehi oynadanlar bilməlidirlərki,çörək qazanılın yerdə təsbeh oynatmaq,semiçka *çırtlamaq*və hər hansı bir oyun oynamaq olmaz.Olsa orda bərəkət olmaz.
Bekar vaxtı İslam dininin dərinliklərinə baş vur,görəcəksən necə gözəl aləm var bu dərinliklərdə.
Allah köməyiniz olsun. AMİN !

0  
2 musu   (28.12.2012 13:01) [Material]
dry tewekkurler.bu melumat cox deyerlidir.

0  
1 Elchin   (02.05.2012 16:30) [Material]
Peyqanber kastyumda geyinmeyib gedin shalvarlarinizi chixardin
birdeki 34 defe Allahuekber 33 Elhamdulillah ve 33 defe SubhanAllah

Şerh elave etmek hüququna Qeydiyyatdan keçmiş istifadeçiler malikdirler .
[ Qeydiyyat | Giriş ]

  Menyu

  Giriş paneli

  Bölmələr

Qurani-Kərim [5]
Namaz [1]
Peyğəmbərlər [5]
Əhli-beyt [3]
Səhabələr [2]
Audio [10]
Kitablar [14]
Hədislər [3]
Məqalələr [8]
Şeirlər [4]
Hekayələr [0]
Hikmətli kəlamlar [1]

  Axtar

  Namaz vaxtı

  Namaz

Namazın muxtəsər təlimi

  Bir AYƏ

"Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.” (İsra,23)

  Bir HƏDİS

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: “(Hamını) yıxmaq güclü olmaq demək deyil. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü saxlaya bilsin”
[əl-Buxari]

  Dost saytlar

  • Pulsuz sayt yarat
  • Dini fətvalar
  • Feqih.com
  • Quraba.com
  • Azerislam.com
  •   Sayğac

    Pagerank

    Cemi online: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0